• Bakı 24° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İlkin və Aysel Həsəni Aygünlə Namiqin obrazına girdi – “Dublikat” yazdılar

ŞOU

05 Sentyabr 2026 | 21:17

İlkin və Aysel Həsəni Aygünlə Namiqin obrazına girdi – “Dublikat” yazdılar

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun 16 ildən sonra təqdim etdiyi “Gəlirəm” duetinin klipi sosial şəbəkələrdə gündəm olmaqda davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, klipin yaratdığı maraqdan sonra aparıcı və aktyor İlkin Həsəni ilə bloqer Aysel Həsəni də diqqət çəkən addım atıblar. Cütlük “Gəlirəm” klipində Aygün Kazımova və Namiq Qaraçuxurlunun canlandırdığı obrazları təkrarlayaraq görüntülər paylaşıb.

Sözügedən paylaşım sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmayıb. İzləyicilərdən biri cütlüyün görüntüsünə “Dublikat” şərhini yazıb.

Qeyd edək ki, Aygün Kazımova və Namiq Qaraçuxurlunun “Gəlirəm” mahnısının sözləri və musiqisi Namiq Qaraçuxurluya məxsusdur. Delee Oruclunun rejissoru olduğu klipdə sənətçilər üç fərqli obrazda kamera qarşısına keçiblər. 

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026