• Bakı 25° C

    11.76 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Netanyahu: “Mən olduğum müddətcə İrana ağır zərbə vurulacaq”

DÜNYA

05 Sentyabr 2026 | 19:08

Netanyahu: “Mən olduğum müddətcə İrana ağır zərbə vurulacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsrailə qarşı yeni hücuma əl atacağı təqdirdə çox ağır cavabla üzləşəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, İranın İsrailə hücum edə biləcəyini, lakin belə bir addımın İsrail tərəfindən cavabsız qalmayacağını deyib.

“Onlar bizə hücum edə bilərlər və biz də cavab verəcəyik. İranın hər kəsə atəş açdığını başa düşürsünüzmü? Kimə atəş açmır? Yalnız İsrailə”, – deyə Netanyahu bildirib.

Baş nazir əlavə edib ki, İran rəhbərliyi onun mövqeyini yaxşı anlayır.

“Mən Baş nazir olduğum müddətcə onlara elə bir zərbə vurulacaq ki, təfərrüatları belə təsvir etmək istəmirəm”, – Netanyahu deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026