• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Flydubai” pilotu üçün 150 min dollar toplandı

DÜNYA

05 Oktyabr 2026 | 18:10 | Müəllif: Subhan Mahmudov

“Flydubai” pilotu üçün 150 min dollar toplandı

“Flydubai” təyyarəsində həmkarının hücumuna məruz qalan pilot Smit Maççhar üçün toplanan ianənin məbləği 150 min dollara çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat “GoFundMe” portalındakı kraudfandinq kampaniyasının kartında əks olunub. 

Bu ianə toplama kampaniyası hadisədən qısa müddət sonra İsrailin “Jewish Breaking News” nəşri tərəfindən təşkil edilib. Təsvirdə toplanan vəsaitlərin Maççharın özünün və ailəsinin dəstəklənməsinə yönəldiləcəyi qeyd edilib. 

“Siz bizim həyatımızı qorumaq üçün öz həyatınızı riskə atdınız. Biz sizi unutmayacağıq!”,  - təşkilatçıların müraciətində deyilir.

Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan “Flydubai” laynerində ikinci pilot balta ilə birinci pilota hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026