• Bakı 13° C

    1.45 m/s

Türkiyəli məşhur aktyor evində ölü tapıldı

DÜNYA

05 Sentyabr 2026 | 20:07 | Müəllif: Zeynəb Rzayeva

Türkiyəli məşhur aktyor evində ölü tapıldı

Türkiyəli məşhur aktyor Sərhad Kılıç evində ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, oyunçudan bir neçə gündür xəbər ala bilməyən sevglisi onun evinə gedib. Kılıçı hərəkətsiz vəziyyətdə divanda tapan sevgilisi dərhal aidiyyəti orqanlara məlumat verib.

İlkin müayinə zamanı Kılıçın gözləri, qolları və ayaqları ətrafında göyərmələr aşkar edilib. Lakin onun bədənində başqa yara və ya açıq hücum əlamətlərinə rast gəlinməyib.

Sənətçinin ölüm səbəbi bəlli deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026