Çinin Quandun əyalətində Çin və Sinqapurun birgə hərbi dəniz təlimləri başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Sinxua" agentliyinin məlumatına görə, bu, iki ölkə arasında keçirilən beşinci ikitərəfli hərbi manevrdir.
Təlimlərin açılış mərasimi Cançzyan şəhərindəki hərbi dəniz bazasında baş tutub. Şəhər ətrafındakı akvatoriyada və hava məkanında reallaşdırılan manevrlərə döyüş sursatları ilə atəş açılması, dənizdə ehtiyatların doldurulması, həmçinin birgə axtarış-xilasetmə əməliyyatları daxildir.
Təlimlərdə iki hərbi gəmi — Çinin "Dali" idarəolunan raket freqatı və Sinqapurun "RSS Steadfast" freqatı iştirak edir.
Çin Müdafiə Nazirliyinin məlumatına görə, bu manevrlər qarşılıqlı etimadı gücləndirmək, praktiki qarşılıqlı fəaliyyəti inkişaf etdirmək və regionda sülh və sabitliyi birgə təmin etmək bacarıqlarını artırmaq məqsədi daşıyır.
Çin və Sinqapur birgə hərbi təlimlərə başladı
DÜNYA
05 Sentyabr 2026 | 22:30

SON XƏBƏRLƏR
19:22
11:39
11:08
04 Sentyabr 2026



