• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Qızıl tədarükü ilə bağlı - VACİB...

İQTİSADİYYAT

06 Sentyabr 2026 | 18:18 | Müəllif: Əli Hüseynov

Qızıl tədarükü ilə bağlı - VACİB...

Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd edilib ki, 2026-cı ilin ilk yeddi ayı ərzində Rusiyadan Honq Konqa 100 ton qızıl idxal edilib. Bu, rekord göstəricidir və 2025-ci ilin analoji dövründəki idxal həcmini demək olar ki, üç dəfə üstələyir.

ABŞ və Böyük Britaniya Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Rusiya istehsalı olan külçə qızılına qarşı sanksiyalar tətbiq edib. Honq Konq və Çində isə belə məhdudiyyətlər yoxdur.

2022-ci ilin əvvəlindən etibarən Honq Konq şirkətləri Rusiyadan təxminən 35 milyard dollar (30 milyard avro) dəyərində qızıl alıblar.

Qeyd edək ki, Rusiya Çindən sonra dünyada ikinci ən böyük qızıl istehsalçısıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR