• Bakı 17° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bihar ştatındakı daşqınlardan 1,685 milyon milyondan çox insan zərər çəkib

DÜNYA

06 Sentyabr 2026 | 13:45 | Müəllif: Gülşən Şərif

Bihar ştatındakı daşqınlardan 1,685 milyon milyondan çox insan zərər çəkib

Hindistanın Bihar ştatında daşqınlar nəticəsində 1,685 milyondan çox insan zərər çəkib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The National Hеrald" yazıb.

Rəsmi məlumatlara görə, ştatın 11 dairəsində daşqınlar və sellər qeydə alınıb. Yerli administrasiya 1 158 qayıq, eləcə də fövqəladə hallara müdaxilə üzrə 34 qrup cəlb edərək axtarış-xilasetmə əməliyyatlarını aktivləşdirib. Zərərçəkmiş dairələrdə yardımın göstərilməsi səyləri çərçivəsində hazırda 80 qidalanma məntəqəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, 326 nəfər müvəqqəti sığınacaqlara təxliyə edilib.

Hakimiyyət orqanları gələcək subasma ehtimalını nəzərə alaraq hazırlıq tədbirlərini gücləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR