• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

ABŞ ordusu 13 ticarət gəmisini məhv edib

DÜNYA

06 Oktyabr 2026 | 12:10 | Müəllif: Gülşən Şərif

ABŞ ordusu 13 ticarət gəmisini məhv edib

ABŞ ordusu iyulun ortalarından bəri İranın dəniz blokadasını pozmağa cəhd etdiyi iddia edilən 13 ticarət gəmisini məhv edib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Komandanlığın açıqlamasında bildirilib ki, son 12 həftə ərzində CENTCOM blokadanı pozan və ya İran  İslam İnqilabı Keşikçiləri Korpusunun kölgə şəbəkəsinin bir hissəsi olan 13 ticarət gəmisini məhv edib.

Bundan əlavə, blokada yenidən tətbiq edildikdən sonra ABŞ ordusu 130 ticarət gəmisini yönləndirib və daha üçünü sıradan çıxarıb.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı müharibəyə 28 fevralda başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. 

Gülşən Şərif

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR