• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp: "New York Times" tezliklə bağlanacaq

DÜNYA

06 Oktyabr 2026 | 12:50 | Müəllif: Gülşən Şərif

Tramp: "New York Times" tezliklə bağlanacaq

"The New York Times" (NYT) qəzeti çox da uzaq olmayan gələcəkdə bağlanmaq məcburiyyətində qalacaq və bu, ABŞ üçün əla bir gün olacaq.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.

O, paylaşımda "İllərdir danışmadığım, amma daim haqqımda yazan, heç vaxt faktları yoxlamayan üçüncü dərəcəli müxbirlər...Uzaq olmayan gələcəkdə bir gün "The Times qəzeti" çirkli qapılarını bağlamaq məcburiyyətində qalacaq və bu, Amerika üçün Əla Gün olacaq" sözlərini yazıb.

Trampın sözlərinə görə, NYT ölkənin uğursuz olmasını istəyən dəlilərə xidmət edən bir təşkilatdır. Etibarlılığın olmaması səbəbindən isə reytinqi çox aşağıdır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026