• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Qalibaf: İrana qarşı hər bir hücuma daha ağır cavab veriləcək

SİYASƏT

06 Sentyabr 2026 | 14:13 | Müəllif: Gülşən Şərif

Qalibaf: İrana qarşı hər bir hücuma daha ağır cavab veriləcək

İrana edilən hər bir hücuma daha sürətli və daha ağır cavabla qarşılıq veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf parlamentin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ ordusunun bazalarına vurulan zərbələr yalnız bir başlanğıcdır və qarşı tərəf oyun qaydalarının dəyişdiyini anlamalıdır.

"Aprel müharibəsindən sonra amerikalılar mütləq başa düşüblər ki, "təmkinli cavablar" dövrü başa çatıb. Bundan sonra İranın mənafeyinə və təhlükəsizliyinə qarşı hər hansı təcavüz daha sürətli və daha ağır cavab alacaq" —Qalibaf vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR