• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hidayət məğlub oldu - YENİLƏNİB

SİYASƏT

06 Oktyabr 2026 | 14:06 | Müəllif: Əli Hüseynov

Hidayət məğlub oldu - YENİLƏNİB

Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Esposito ilə qarşılaşıb.

H.Heydərov rəqibinə cərimə xalları hesabına məğlub olaraq mundialla vidalaşıb.

***

12:42

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda finlandiyalı Valtteri Olini məğlub edib.

O, 1/8 finalda italiyalı Covanni Espozito ilə qarşılaşacaq.

***

11:03

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

Bakıvaxtı.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb. Olimpiya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə görüşəcək.

Bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026