• Bakı 17° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Zelenski: Müharibənin başa çatmasını yaxınlaşdırmağa hazırıq

DÜNYA

06 Sentyabr 2026 | 14:21 | Müəllif: Gülşən Şərif

Zelenski: Müharibənin başa çatmasını yaxınlaşdırmağa hazırıq

Ukrayna ABŞ nümayəndələri ilə görüşdən əvvəl danışıqlar qrupu ilə iclas keçirib və öz təkliflərini hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

Ukrayna lideri ölkəsinin konstruktiv mövqe nümayiş etdirməyə və müharibənin başa çatmasını yaxınlaşdırmağa hazır olduğunu bəyan edib.

"Sülh, təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı dövr üçün layiqincə şərtlər lazımdır. Təkliflərimiz hazırdır. Əlaqəli, məzmunlu və reallığa uyğun işləmək vacibdir" — deyə Zelenski bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR