• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Pit Heqset İranı hədələyib

DÜNYA

06 Sentyabr 2026 | 09:10 | Müəllif: Gülşən Şərif

Pit Heqset İranı hədələyib

ABŞ-ın müdafiə naziri Pit Heqset İrana xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın məlumatına görə, nazir regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları davam etdirəcəyi təqdirdə, Tehranın tankerlərini məhv edib batıracaqları ilə hədələyib.

"Hər şey sadədir: İran ABŞ gəmilərinə atəş açarsa, biz onların tankerlərini məhv edəcəyik və batıracağıq. Onlardan tələb olunan yeganə şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, İranın tanker donanması müdafiəsiz vəziyyətdədir. Hegset bildirib ki, İranın nə hərbi dəniz, nə də hava qüvvələri var və ABŞ-ın təyyarələri, gəmiləri və sualtı qayıqları bütün İran tankerlərinə zərbələr endirmək imkanına malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR