• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

SEPAH-dan ABŞ-yə CAVAB: Hörmüzdə 6 gəmi vuruldu

DÜNYA

06 Sentyabr 2026 | 02:24 | Müəllif: Qalib İbrahimoğlu

SEPAH-dan ABŞ-yə CAVAB: Hörmüzdə 6 gəmi vuruldu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus üç hərbi gəmiyə və icazəsiz marşrutla hərəkət edən üç neft tankerinə qırıcı zərbələr endirib.

Bakıvaxtı.az bu barədə İran mediasına istinadla xəbər verir.

SEPAH-ın rəsmi hərbi komandanlığının yaydığı son bəyanatda bu irimiqyaslı hücumların ABŞ ordusunun Fars körfəzində İran tankerlərini vurmasına cavab olaraq həyata keçirildiyi xüsusi vurğulanıb.

SEPAH Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Hörmüz boğazı yaxınlığında hərəkət edən bütün gəmilərə də xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR