• Bakı 17° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib

DÜNYA

06 Sentyabr 2026 | 17:23 | Müəllif: Gülşən Şərif

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel "X" hesabında paylaşım edib.

O bildirib ki, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.

Baş nazir vurğulayıb ki, axtarış-xilasetmə işlərinə özəl şirkətlər cəlb ediləcək, həmçinin Türkiyə ilə məsləhətləşmələr aparılacaq.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR