• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

DÜNYA

06 Sentyabr 2026 | 21:40 | Müəllif: Əli Hüseynov

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

ABŞ prezidenti Donald Trampın illərdir dəyişməz qalan tanış qızılı-sarı saçları Nyu-Cersiyə səfəri zamanı kameraların obyektivinə nəzərəçarpacaq dərəcədə tünd, qəhvəyi çalarda tuş gəlib.

Bizim.Media xəbər verir ki, bu qəfil imic dəyişikliyi internet istifadəçiləri və jurnalistlər arasında dərhal geniş müzakirələrə yol açıb, həmçinin illərdir səngiməyən parik və ya saç düzümü iddialarını yenidən alovlandırıb.

Maraqlıdır ki, bu hadisədən cəmi bir neçə gün əvvəl Ağ Evdəki tədbirlərin birində Tramp parik taxmadığını xüsusi olaraq vurğulamış və küləkli hava şəraitinin bunun sübutu olduğunu bildirmişdi.

Lakin son görüntülərdən sonra rəsmi qurumlardan və ya onun mətbuat xidmətindən saç rənginin niyə dəyişməsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026