• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

DÜNYA

06 Oktyabr 2026 | 20:35 | Müəllif: Subhan Mahmudov

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət prinsipləri əsasında və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə müsahibəsində deyib.

“2024-cü ilin dekabrında baş vermiş və Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoymuş təyyarə qəzası ilə bağlı səhifəni birlikdə geridə qoya bildiyimiz üçün çox şadıq. Bu hadisə bizim hamımız üçün ümumi faciə oldu”, – deyə o bildirib.

Mixail Kaluqinin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimad mühitində aparılan dialoqsuz mümkün olmazdı.

O, həmçinin diqqətə çatdırıb ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İran ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı istiqamətində işlər davam etdiriləcək.

“Bu meqa layihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən çox kənara çıxır”, – deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026