• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Kabo Verdedə avtobus uçuruma yuvarlanıb: 22 ölü

DÜNYA

06 Sentyabr 2026 | 12:27 | Müəllif: Gülşən Şərif

Kabo Verdedə avtobus uçuruma yuvarlanıb: 22 ölü

Kabo Verdenin Foqu adasında avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Lusa" agentliyi məlumat yayıb.

Bildirilib ki, ekskursiyadan qayıdan avtobus San-Filipe bələdiyyəsinin şimal dağlıq ərazilərində, Şan-daş-Kaldeyraş və Kampanaş-di-Sima arasındakı yolda hərəkət hissəsindən çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanıb.

Həlak olanlar arasında orta məktəb şagirdləri, eləcə də sürücü var.

"6-11 yaş arası daha 18 məktəbli xəstəxanadadır. Dördünün vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.

Foqu rəsmiləri həlak olanlarla bağlı iki günlük matəm elan ediblər.

Həmçinin ölənlərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR