• Bakı 18° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı

DÜNYA

06 Sentyabr 2026 | 15:13 | Müəllif: Gülşən Şərif

İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı

İranın İqtisadiyyat və Maliyyə Nazirliyi ölkədə münaqişə zamanı yaranan iqtisadi problemlərin operativ həlli məqsədilə xüsusi qərargah yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir müavini Morteza Zəmanian məlumat verib.

Onun sözlərinə görə, yeni struktur müəssisələrin fəaliyyəti, ticarət, maliyyələşmə və iqtisadiyyatın digər sahələrində yaranan problemləri izləyəcək və onların mümkün qədər tez aradan qaldırılması üçün tədbirlər görəcək.

Problemin həlli bir neçə nazirliyin iştirakını tələb etdiyi halda, qərargah onların fəaliyyətini əlaqələndirəcək və mühüm məsələləri hökumətin müzakirəsinə çıxaracaq.

Zəmanian bildirib ki, strukturun əsas məqsədi qərarların qəbulunu sürətləndirmək və mühüm iqtisadi məsələlərin bürokratik prosedurlar səbəbindən ləngiməsinin qarşısını almaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR