• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib

İDMAN

06 Sentyabr 2026 | 19:05 | Müəllif: Əli Hüseynov

"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, "qırmızı şeytanlar" III turda səfərdə "Everton"la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

Mançester təmsilçisi hazırda 4 xalla 11-ci, meydan sahibləri 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Mançester Yunayted" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Sabah"ı qəbul edəcək. Sentyabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026