• Bakı 18° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Millimiz Yaponiyanı məğlub etdi

İDMAN

06 Oktyabr 2026 | 18:58 | Müəllif: Subhan Mahmudov

Millimiz Yaponiyanı məğlub etdi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, U-20 Yaponiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən matçın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Tərəflərin razılığına əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (5:4) oynayan millimiz yoldaşlıq matçında qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın U-20 millisi Qəbələdəki ilk görüşündə Moldovaya 0:1 hesabı ilə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR