• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

“Bavariya” Keynlə razılaşdı

İDMAN

06 Oktyabr 2026 | 17:17 | Müəllif: Əli Hüseynov

“Bavariya” Keynlə razılaşdı

“Bavariya” Harri Keynlə yeni müqavilənin maliyyə şərtləri barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər 33 yaşlı hücumçunun maaşı və bonus sistemində razılığa gəliblər.

Bununla belə, yeni müqavilənin müddəti hələ müəyyənləşdirilməyib. Bu məsələnin danışıqların növbəti mərhələsində müzakirə olunacağı bildirilir. Keynin hazırkı sözləşməsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm “Bavariya”nın heyətində 7 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026