• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ABŞ, Britaniya və Norveç hərbi təlimlər keçirdi

DÜNYA

06 Sentyabr 2026 | 16:37 | Müəllif: Gülşən Şərif

ABŞ, Britaniya və Norveç hərbi təlimlər keçirdi

Böyük Britaniya, ABŞ və Norveç silahlı qüvvələri NATO-nun “Arktik keşikçi” missiyası çərçivəsində Yan Mayen adasında hərbi təlimlər keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Böyük Britaniya silahlı qüvvələri Norveç və ABŞ-dan olan müttəfiqləri ilə birlikdə Arktikadakı ucqar Yan Mayen adasına yerləşdirilib. Üçtərəfli əməliyyat “Arktik keşikçi” proqramının bir hissəsi olub”, – məlumatda bildirilib.

Təlimlər “Atlantic City” əməliyyatı çərçivəsində avqustun 26-dan sentyabrın 4-dək keçirilib. Təlimlər zamanı üç ölkənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, xüsusi təyinatlı qüvvələri və dəniz piyadaları regionda fəaliyyətlərin əlaqələndirilməsi üçün müxtəlif sensor və kommunikasiya sistemlərindən istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR