• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Günəşdə GÜCLÜ PARTLAYIŞ

HADİSƏ

06 Sentyabr 2026 | 02:38 | Müəllif: Qalib İbrahimoğlu

Günəşdə GÜCLÜ PARTLAYIŞ

Sentyabrın 5-də axşam saatlarında Günəşdə gücünə görə sondan əvvəlki M sinfinə aid partlayış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Məlumata görə, rentgen diapazonunda 4520 (S12W68) ləkələr qrupunda 30 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı A0.0 sinfi Yer orbitində kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğundur. Növbəti kateqoriyaya keçdikdə güc 10 dəfə artır. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər. Bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR