• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Yaponiyada şirniyyat mağazasında bıçaqlanma: 3 nəfər ölüb

DÜNYA

06 Sentyabr 2026 | 10:00 | Müəllif: Gülşən Şərif

Yaponiyada şirniyyat mağazasında bıçaqlanma: 3 nəfər ölüb

Yaponiyanın Gifu prefekturasında şirniyyat mağazasında əməkdaşların qapalı görüşü zamanı baş verən bıçaqlanma və yanğın nəticəsində üç nəfər həyatını itirib, daha üç nəfər xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb.

Hadisə Gifu prefekturasının Motosu şəhərində baş verib. İnsident zamanı mağazada 11 nəfər olub. Obyekt müştərilər üçün bağlı olub və burada əməkdaşların qapalı görüşü keçirilib.

Polisin məlumatına görə, görüş iştirakçılarından biri digər şəxsi bıçaqlayıb, daha sonra mağazaya benzin tökərək yanğın törədib.

Təxminən 300 kvadratmetr sahəsi olan ikimərtəbəli şirniyyat mağazası tamamilə yanıb. Dağıntıların təmizlənməsi zamanı iki nəfərin meyiti aşkar edilib. Daha üç yaralı xəstəxanaya çatdırılıb və onlardan biri aldığı yanıq xəsarətləri nəticəsində həyatını itirib.

Hücumda şübhəli bilinən şəxsin ölənlər arasında olub-olmadığı hələlik məlum deyil. Onun kimliyi və hadisənin motivləri açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR