• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib

DÜNYA

06 Sentyabr 2026 | 12:05 | Müəllif: Gülşən Şərif

Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib

Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məlumat yayıb.

Məhv edilən terrorçular "Fitnə-əl-Xəvaric" təşkilatına mənsub olublar.

Belə ki, sentyabrın əvvəlindən Əfqanıstanla sərhəddən Pakistana sızmağa çalışan 25 terrorçu Şimali Vəziristan dairəsində zərərsizləşdirilib.

"Təhlükəsizlik qüvvələri Pakistanın sərhədlərinin qorunması işinə sadiqliyində qətiyyətli və sarsılmaz olaraq qalır, transsərhəd terrorizmi üçün sərhəd ərazilərindən istifadə cəhdlərinin qarşısını almağa davam edəcək", - bəyanatda bildirilib.

Qeyd olunub ki, əməliyyatlar "Əzmi-İstehkam" antiterror kampaniyası çərçivəsində həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR