• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Almaniyada bombaya görə 5 mindən çox insan təxliyə ediləcək

DÜNYA

06 Sentyabr 2026 | 13:52 | Müəllif: Gülşən Şərif

Almaniyada bombaya görə 5 mindən çox insan təxliyə ediləcək

Almaniyada İkinci Dünya müharibəsi dövründən qalan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın şimalında, Şlezviq-Holşteyn federal ərazisində yerləşən Kil şəhərinin Ditrixsdorf rayonunda İkinci Dünya müharibəsi dövrünə aid çəkisi 250 kq olan aviasiya bombası aşkarlanıb.

Şəhər administrasiyasının saytında yaydığı məlumata görə, bombanın zərərsizləşdirilməsi ilə bağlı əməliyyat çərçivəsində 5 235 nəfər təxliyə ediləcək.

Şəhər sakinləri yerli vaxtla saat 14:00-dək evlərini və mənzillərini tərk etməlidirlər. Təxliyə ümumilikdə təxminən 2 580 təsərrüfatı əhatə edəcək. Yaxınlarının yanında qala bilməyən şəxslər üçün hakimiyyət orqanları müvəqqəti yerləşdirmə mərkəzi yaradıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR