• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

FİFA prezidenti 2027-ci il seçkilərində iştirak edəcək

İDMAN

06 Sentyabr 2026 | 17:30 | Müəllif: Gülşən Şərif

FİFA prezidenti 2027-ci il seçkilərində iştirak edəcək

Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək seçkilərdə təşkilatın rəhbəri postuna namizədlərdən biri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Rob Harris özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"FİFA prezidenti aprel ayında 2027-ci ildə yenidən namizədliyini irəli sürəcəyini elan etmişdi. Əlbəttə ki, heç nə dəyişməyib. Cənab İnfantino yenidən seçkilərə qatılacaq", — deyə Harris FİFA nümayəndəsinin sözlərini sitat gətirərək yazıb.

Qeyd edək ki, C. İnfantinonun 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA rəhbəri seçilib. Daha sonra o, iki dəfə alternatizsiz əsasda yenidən bu vəzifəyə seçilib. FİFA rəhbərinin növbəti seçkiləri 2027-ci ilin martında keçiriləcək. Seçkilərdə iştirak üçün müraciətlərin son təqdimetmə tarixi noyabrın 18-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR