• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Tovuzda “Ford”la motosiklet toqquşdu: 1 yaralı

HADİSƏ

06 Sentyabr 2026 | 11:38 | Müəllif: Gülşən Şərif

Tovuzda “Ford”la motosiklet toqquşdu: 1 yaralı

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.

Toqquşma nəticəsində motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR