• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı 

HADİSƏ

06 Oktyabr 2026 | 11:37 | Müəllif: Günəş Mərd

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb.

Bakıvaxtı.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb.

Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onlar oktyabrın 2-də polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil veriliblər.

Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026