• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Toyda döyülən kişi 3 gün sonra vəfat etdi

HADİSƏ

06 Oktyabr 2026 | 00:15 | Müəllif: Subhan Mahmudov

Toyda döyülən kişi 3 gün sonra vəfat etdi

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülüb.

Ağır xəsarətlər alan C. Nəzərli təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan yaralı bir neçə gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb, o, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026