• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nərimanovda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

HADİSƏ

05 Oktyabr 2026 | 23:22 | Müəllif: Subhan Mahmudov

Nərimanovda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə və şaxtasında 15 p.m elektrik kabeli yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.


Nərimanovda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildiNərimanovda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildiNərimanovda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026