• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

"Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir" - Maliyyə naziri

İQTİSADİYYAT

26 May 2026 | 22:20

Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir - Maliyyə naziri

Büdcə siyasətinin əsas istiqamətlərindən biri məhz qeyri-neft gəlirlərinin artırılması idi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində söyləyib.

Nazir qeyd edib: “Biz 2026-cı il və növbəti üç il üçün çərçivəni hazırlayıb Milli Məclisə təqdim edən zaman qarşımıza qoyduğumuz əsas hədəflərdən biri o idi ki, hər il Azərbaycanın dövlət büdcəsində qeyri-neft gəlirləri artmalıdır, neft gəlirləri azalmalıdır və büdcə xərclərinin artan tələbatı məhz qeyri-neft gəlirlərimiz hesabına təmin olunmalıdır. Çünki bu, bizim dayanıqlılığımızdır, bu, bizim gələcək inkişafımızdır, neft resurslarının, Neft Fondu resurslarının gələcək nəsillər üçün qorunub saxlanmasıdır. Bu prizmadan yanaşdıqda, ilk 4 ayın nəticələri də kifayət qədər uğurludur. Cari ildə bizim qeyri-neft gəlirlərimiz proqnoza nisbətən təqribən 77 milyon manat artıq icra olunub. Əvvəlki ilə - 2025-ci ilə nisbətən isə bu, 5 faiz – 372 milyon manat çoxdur”.


SON XƏBƏRLƏR