• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Bu rüsumun dərəcəsi müəyyənləşdirilir

CƏMİYYƏT

26 May 2026 | 13:30

Bu rüsumun dərəcəsi müəyyənləşdirilir

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR