• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Suriyadan Azərbaycana tələbələr gələcək

CƏMİYYƏT

25 Iyun 2026 | 12:26

Suriyadan Azərbaycana tələbələr gələcək

Bu il ilk dəfə olaraq Suriyadan Azərbaycana təhsil almağa tələbələr gələcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, layihə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində həyata keçiriləcək:

"Eyni zamanda, Azərbaycanın təşkil etdiyi yay düşərgələrinə ilk dəfə suriyalı tələbələr də dəvət olunub. Bütün bu inkişaflar Suriya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və hərbi əlaqələr və ticarət əlaqələrinin gündən-günə daha da gücləndiyini göstərməkdədir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026