“Kinomuzun inkişafı üçün tamaşaçı mədəniyyətinin formalaşması çox vacibdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında hesabat məruzəsi zamanı deyib.
Əli İsa Cabbarov bildirib ki, Azərbaycan filmlərinin tamaşaçıya daha yaxın çatdırılması üçün bölgələrdə kino günləri və film nümayişləri davam etdirilir. Onun sözlərinə görə, bu istiqamətdə Ucar, Zərdab, Göyçay və Lənkəranda müxtəlif tədbirlər keçirilib, yerli filmlər tamaşaçılara təqdim olunub.
O qeyd edib ki, milli kino ilə yanaşı dünya kino klassikasının Azərbaycan dilinə tərcümə olunmuş nümunələrinin nümayişi də təşkil edilir. Eyni zamanda İsveç və Fransa səfirlikləri ilə birgə keçirilən kino günləri çərçivəsində xarici filmlər də tamaşaçılara təqdim olunub:
“Tamaşaçı auditoriyasının genişlənməsi Azərbaycan kinosunun inkişafı baxımından əsas istiqamətlərdən biri hesab olunur”.
Zeynəb Rzayeva
Bakı 




