• Bakı 23° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Azərbaycanda alim 54 yaşında vəfat etdi - FOTO

CƏMİYYƏT

26 May 2026 | 10:18

Azərbaycanda alim 54 yaşında vəfat etdi - FOTO

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Əyyubov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

İ.Əyyubov mayın 19-da insult keçirib və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin apardığı müalicə heç bir nəticə verməyib. O, 54 yaşında dünyasını dəyişib.

İş yoldaşlarının sözlərinə görə, əvvəllər alimin hansısa ciddi xəstəliyi olmayıb. Aktiv həyat tərzi sürən İ.Əyyubov mütəmadi idmanla məşğul olurmuş.

Qeyd edək ki, İlqar Hacı oğlu Əyyubov 1972-ci ildə Bakı şəhərində anadan olub. O, fəaliyyəti dövründə yüksək peşəkarlığı, zəngin biliyi və gənc tədqiqatçıların yetişdirilməsindəki xidmətləri ilə həmkarlarının və elmi ictimaiyyətin hörmətini qazanıb.

Allah rəhmət eləsin!


SON XƏBƏRLƏR

25 May 2026