• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Samveli məhkəməyə verəcəm, üzr istədəcəm - Paşinyan

DÜNYA

25 May 2026 | 21:42 | Müəllif: Subhan Mahmudov

Samveli məhkəməyə verəcəm, üzr istədəcəm - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Güclü Ermənistan Partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyana qarşı ikinci dəfə məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb Samvel Karapetyanın baş nazirin Kanadada evinin olmasını bildirməsidir.

"O, Kanadada evim olduğunu deyir. Təbii ki, bu absurd ifadəsinə görə onu məhkəməyə verəcəyəm və o, üzr istəyəcək. Mənim bir evim var, o ev Ermənistandır", - deyə Paşinyan sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Mayın 14-də Paşinyan Karapetyanı onun barəsində Çindən bir tona yaxın halüsinogen göbələk gətirdiyini və çıxışlarından əvvəl istifadə etdiyini iddia etdiyi üçün məhkəməyə verib. Baş nazir 6 milyon dram (təxminən 16,200 dollar) təzminat tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026