“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “Atalanta”ya keçməyə yaxındır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb
Məlumata görə, 67 yaşlı italiyalı mütəxəssis Berqamo təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırıb və yaxın vaxtlarda rəsmi sözləşməyə imza atacaq.
Gözlənilir ki, Mauritsio Sarri baş məşqçi vəzifəsində Raffaele Palladinonu əvəzləsin. 2025-ci ilin noyabrından komandaya rəhbərlik edən italiyalı məşqçinin rəhbərliyi altında “Atalanta” A Seriyasını 7-ci pillədə başa vurub.
Həmçinin, Romano xəbər verir ki, Sarrini “Latsio”da Cennaro Qattuzo əvəz edəcək.
Bakı 




