• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Qattuzo “Latsio”ya başçılıq edəcək

İDMAN

25 May 2026 | 19:12 | Müəllif: Subhan Mahmudov

Qattuzo “Latsio”ya başçılıq edəcək

İtaliya millisinin keçmiş baş məşqçisi Cennaro Qattuzo “Latsio”da Mauritsio Sarrini əvəz edəcək.

Bakıvaxtı.az  bu barədə jurnalist Fabritsio Romanoya istinadən bildirir.

İtaliya klubu tezliklə məşqçi ilə müqavilə imzalayacaq. Qattuzonun “Latsio” ilə müqaviləsi iki illik olacaq.

48 yaşlı Cennaro Qattuzo 2026-cı il dünya çempionatı pley-off finalında Bosniya və Herseqovinaya uduzduqdan (1:1, penaltilər seriyasında 1:4) sonra İtaliya millisindən ayrılıb. İtaliya ardıcıl üçüncü dəfə Dünya çempionatını buraxacaq.

2025/2026 mövsümünün sonunda “Latsio” 54 xalla A Seriyasında doqquzuncu yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR