"Mən çox sevincliyəm ki, UFC-dəyəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu "UFC Fight Night"da braziliyalı Ceferson Nasimento ilə döyüşəcək digər təmsilçimiz Tahir Abdullayev deyib.
O bildirib ki, çəkisində güclü döyüşçülər çoxdur:
"Onların boyu məndən uzun olsa da, mən özümü onlardan güclü sayıram. 72 kilo çəkidəyəm. Əslində çəkimi sala bilərəm amma bu çəkidə özümü rahat hiss edirəm. Döyüşlərdə güləşməyi çox da sevmirəm. Üstünlüyü ayaqüstə döyüşməyə verirəm. Amma güləşmək lazım olsa, rəqibə Masallı güləşini göstərə bilərəm. Hərhalda Masallının, Sumqayıtın güləş məktəbi Braziliyadan güclüdür".
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.
Bakı 



