• Bakı 19° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Kamal Abdullanın yerinə rektor o oldu - 20 yaşı var

CƏMİYYƏT

26 May 2026 | 00:01

Kamal Abdullanın yerinə rektor o oldu - 20 yaşı var

Mayın 25-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq xəlifə rektor Nihat Cəfərov və tələbələr Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.

“Bir günlük xəlifə” layihəsi ADU-nun rektoru, akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər.

Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistrant və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.

Bu gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar.

“Bir günlük xəlifə” layihəsinin əsas məqsədlərindən biri tələbələrə ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır. Bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayacaq.


SON XƏBƏRLƏR

25 May 2026