• Bakı 18° C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ

MƏDƏNİYYƏT

25 May 2026 | 18:44

Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb.

O uzun müddət idi ki, sözügedən musiqi təhsili müəssisəsində müəllim olaraq çalışırdı.

Murad İsmayıl


SON XƏBƏRLƏR