Azərbaycanda tanınmış musiqi pedaqoqu, Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin sabiq direktor müavini Əhməd Mustafa oğlu Aşurov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Modern.az yayıb.
Əhməd Aşurov uzun illər musiqi təhsilinin inkişafına töhfə verib, gənc musiqiçilərin yetişməsində yaxından iştirak edib. Onun vəfatı musiqi ictimaiyyətində dərin kədər hissi ilə qarşılanıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, mərhum Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 2023–2026-cı illərdə bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru Mustafa Aşurovun yaxın qohumu olub.
Qeyd edək ki, Aşurovun mənsub olduğu Aşurovlar (Aşurbəyovlar) nəsli Azərbaycanın ən tanınmış və nüfuzlu soylarından biri hesab olunur. Kökü Əfşar tayfasına gedib çıxan bu nəslin nümayəndələri ölkənin ictimai-siyasi, elmi, mədəni və xeyriyyəçilik həyatında mühüm rol oynayıblar. Nəsildən olan bir çox görkəmli şəxsiyyətlər Azərbaycan tarixində dərin iz qoyub.
Alllah rəhmət eləsin!
Murad İsmayıl
Bakı 



