• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu 

MƏDƏNİYYƏT

24 Iyun 2026 | 15:08

Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu 

İyunun 23-ü Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, ttədbirdə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və ictimai fikrin formalaşmasına verdiyi mühüm töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, yubilyarın zəngin yaradıcılığı və vətəndaş mövqeyi Azərbaycan ictimai fikrində xüsusi yer tutur.

Mərasim çərçivəsində şairin həyat və yaradıcılıq yolunu əks etdirən çıxışlar səsləndirilib, vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin əhəmiyyətindən danışılıb. Eyni zamanda S.Rüstəmxanlının şeirləri səsləndirilib, musiqi nömrələri təqdim olunub.

Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, mayın 20-si Sabir Rüstəmxanlının 80 yaşı tamam olub. Yubiley münasibətilə ölkəmizdə və xarici ölkələrdə silsilə tədbirlər keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026