• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Serenay Sarıkaya sərbəst buraxıldı - YENİLƏNİB

ŞOU

25 May 2026 | 20:50 | Müəllif: Zeynəb Rzayeva

Serenay Sarıkaya sərbəst buraxıldı - YENİLƏNİB

Narkotik istintaqı çərçivəsində saxlanılan Serenay Sarıkayadan ekspertiza üçün saç və qan nümunələri götürülüb. 

Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, tibbi prosedurlar tamamlandıqdan sonra onun barəsində hər hansı həbs qətimkan tədbiri seçilməyib və Sarıkaya sərbəst buraxılıb.

 

***13:31

Türkiyəli aktrisa Serenay Sarıkaya saxlanılıb.

Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, narkotik istintaqı çərçivəsində barəsində saxlanılma qərarı çıxarıldığı zaman xaricdə olan aktrisa İstanbula qayıdarkən saxlanılıb. 

Serenay ifadə verdikdən sonra analiz nümunələrinin götürülməsi üçün Ədliyyə Tibb Qurumuna göndərilib.

Qeyd edə ki, mayın 21-də məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində, aralarında Serenay Sarıkayanın da olduğu 25 nəfər barəsində saxlanılma qərarı verilmişdi. O, həmin vaxt ölkə xaricində idi.

Sarıkaya, saxlanılma qərarından sonra ölkəyə qayıdaraq lazımi prosedurları yerinə yetirəcəyini bildirmişdi.

Qeyd edək ki, əməliyyat nəticəsində Mabel Matiz (Fatih Karaca), Feyza Civelek, Volkan Bahçekapılı, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca Bakır, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Berkay Şahin və Hanzade Gürkanlar “istifadə üçün narkotik və ya stimullaşdırıcı maddə almaq, qəbul etmək və ya saxlamaq, yaxud narkotik maddə istifadəni asanlaşdırmaq” ittihamları ilə saxlanılıb. Prosedurları tamamlananlardan 9-u sərbəst buraxılıb. Məhkəməyə göndərilən şübhəlilərdən Mehmet Rahşan həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026