• Bakı 19° C

    5.22 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Kralın 21 mühafizəçisi növbədə yatdığı üçün vəzifədən kənarlaşdırıldı

DÜNYA

25 May 2026 | 22:26

Kralın 21 mühafizəçisi növbədə yatdığı üçün vəzifədən kənarlaşdırıldı

Böyük Britaniyada Kral lll Çarlzın iqamətgahlarını qoruyan 23 polis əməkdaşı haqqında araşdırma başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb.

Bildirilib ki, London polisi may ayının ortalarında kral ailəsinin mühafizəsi ilə bağlı ciddi intizam pozuntuları barədə məlumat aldıqdan sonra yoxlamalara başlayıb.

İddialara əsasən, xüsusilə Vindzor qəsrində növbədə olan bəzi əməkdaşlar postda yatıb, bəziləri isə xidmət saatlarında şəxsi işləri ilə məşğul olmaq üçün ərazini tərk edib.

Hazırda 23 polis əməkdaşına qeyri-peşəkar davranışla bağlı xəbərdarlıq edilib.

Onlardan 21-i araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edilib ki, həmin əməkdaşlar təkcə Vindzor qəsrində deyil, həmçinin Bukinqem sarayında da xidmət ediblər.


SON XƏBƏRLƏR