• Bakı 23° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

"Azpul"la bağlı VACİB XƏBƏR 

CƏMİYYƏT

26 May 2026 | 10:24

Azpulla bağlı VACİB XƏBƏR 

"Azpul" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 11,767 milyon manat xalis mənfəətlə başa vurub.

Bakıvaxtı.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 5,5 dəfə azdır.

Ötən il "Azpul"un vergiyəqədərki mənfəəti 14,291 milyon manat (əvvəlki ilə nisbətən 5,5 dəfə az), mənfəəət vergisi ödəmələri isə 2,524 milyon manat (5,6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azpul"un aktivləri 64,926 milyon manat olub ki, bu da illik müqayisədə 16,1 % azdır. Bunun 23,047 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,3 dəfə kiçilib.

Hesabat dövründə "Azpul"un öhdəlikləri 5,5 dəfə azalaraq 1,177 milyon manata, balans kapitalı isə 10,2 % azalaraq 63,749 milyon manata düşüb.

Xatırladaq ki, "Azpul" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Rusiya vətəndaşı Radostovets Vladimir Nikolayeviçdir.


SON XƏBƏRLƏR

25 May 2026