• Bakı 21° C

    2.45 m/s

​Qonşuda dollar kəskin bahalaşdı

DÜNYA

26 May 2026 | 10:49 | Müəllif: Əli Hüseynov

​Qonşuda dollar kəskin bahalaşdı

Türkiyədə ABŞ dolları rekord səviyyədə bahalaşıb. Bu gün qeydə alınan artım ekspertlər tərəfindən “dəhşətli hal” kimi qiymətləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, ötən gün qonşu ölkədə 1 dollar 45,72 lirəyə satılıb. Bu gün isə 1 dollar alıcılara 45,90 türk lirəsinə təklif olunub.

Günün sonuna kimi dolların ən azı 3 tl də bahalaşacağı gözlənilir.

Yerli iqtisadçılar bunu ana müxalifət partiyası olan CHP-nin ətrafında yaranmış ajiotajla əlaqələndiriblər. Qurban bayramından sonrakı ilk üç iş günündə 1 dolların 46 lirəyə yüksələcəyi proqnozlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026