• Bakı 23° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Bu gün işdən 1 saat tez çıxacaqsınız

CƏMİYYƏT

26 May 2026 | 10:22

Bu gün işdən 1 saat tez çıxacaqsınız

Bu gün Azərbaycanda qısa iş günüdür.

Bakıvaxtı.az xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.

Belə ki, 27-28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.

Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Qeyd edək ki, Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşür. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günü olacaq.

Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.


SON XƏBƏRLƏR

25 May 2026